...

WeClub-un yeni işgüzar mövsümdə ilk işgüzar görüşü (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2019 14:10 (UTC +04:00)
DivanExpress Baku otelində kiçik və orta biznes sahibkarlarını öz ətrafında birləşdirən "WE Club" işgüzarlar klubunun Networking formatlı növbəti görüşü keçirilib.
WeClub-un yeni işgüzar mövsümdə ilk işgüzar görüşü (FOTO)

Bakı. Trend:

DivanExpress Baku otelində kiçik və orta biznes sahibkarlarını öz ətrafında birləşdirən "WE Club" işgüzarlar klubunun Networking formatlı növbəti görüşü keçirilib.

Qısa müddət ərzində bu məkan özəl sektor və dövlət strukturlarının ənənəvi görüş yeri kimi özünü təsdiq edib. Burada iş adamları əməkdaşlıq üçün təzə fürsət tapmaq, təzə tanışlıqlar əldə etmək və onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə edirlər.

"WE Club-un görüşlərində müntəzəm olaraq iştirak edirəm və hər dəfə özüm üçün yeni bir şey tapıram", - "CHELEBİ" şirkətinin nümayəndəsi Madonna Alixan qeyd edib.

Yeri gəlmişkən, növbəti görüş iştirakçıları arasında sahibkarlar, dövlət qurumlarının, o cümlədən Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin nümayəndələri, deputatlar, xarici ölkələrin diaspor nümayəndələri də var idi.

Tədbiri lahiyənin rəhbəri İradə Zeynalova çıxışı ilə açıb. O qeyd edib ki, gələcəkdə klubun himayəsi altında keçirilən görüşlərin sayı çoxalacaq, onların effektivliyini artırmaq üçün tədbirlər görüləcək. Klubun ilk regional toplantısının bu yaxınlarda Lənkəran şəhərində keçirildiyini vurğulayan Zeynalova, millət vəkili, WE Club-un fəxri üzvü Rüfət Quliyev cənablarına bu toplantının təşkilində roluna görə öz təşəkkürünü bildirərək ona klub üzvləri adından təşəkkürnamə təqdim etdi.

Rüfət Quliyev öz növbəsində, yaxın zamanda klub üzvülərinə İmişli şəhərində daha bir regional toplantının keçirilməsini təklif etdi və iş adamlarını bu tədbirdə fəal iştirak etməyə çağırdı. Ümumiyyətlə, millət vəkili Azərbaycanda sahibkarlıqdan danışarkən qeyd etdi ki, son illər ölkə rəhbərliyi kiçik və orta sahibkarlığın inkişafına, biznes-mühitin yaxşılaşdırılmasına böyük diqqət ayırır və bu beynəlxalq maliyyə quurumlarının hesabatlarında da öz əksini tapır. Deputat iş adamlarını daha fəal olmağa və məqsədlərinə doğru əzmlə irəliləməyə çağırdı.

Bundan sonra tədbir çərçivəsində kouç və psixoloq Təbriz Hacınskinin iştirakı ilə seminar keçirilib. Ən fəal iştirakçılar onun kitablarını hədiyyə olaraq aldılar.

Növbəti tədbir “Damla” xeyriyyə cəmiyətinin təşkil etdiyi hərrac oldu. Əlillər və aztəminatlı ailələrin üzvləri tərəfindən hazırlanmış rəsm və digər sənət əsərləri hərraca çıxarıldı. Hərracdan yığılan məbləğin aztəminatlı ailələrə çatdırılacağı və bu haqda əlavə məlumatın veriləcəyi vurğulandı.

Daha sonra görüş iştirakçıları WE Club-un təşkil etdiyi lotereyada iştirak etdilər və CHELEBİ-dən hədiyyələr qazandılar.

Görüş NAXÇIVAN şərabının təqdimatı ilə başa çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti