Bakı. Mətanət Nəsibova - Trend:
Litva və Azərbaycan sosial təminat və əmək sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir.
Trend-in məlumatına görə, bunu Litvanın sosial təminat və əmək naziri Linas Kukuraytis Bakıda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü zamanı deyib.
O bildirib ki, Azərbaycanda keçirilmiş islahatlar sosial xidmətlər sahəsinə müsbət təsir göstərib:
“Sosial təminat sisteminin avtomatlaşması, eləcə də DOST konsepsiyasının tətbiq olunması dövlət siyasətinin uğurunun real göstəricisidir”.