...

Deputat müəllimləri təbrik etdi (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2019 18:54 (UTC +04:00)
4 oktyabr 2019-cu il tarixdə Xəzər rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Deputat  müəllimləri təbrik etdi (FOTO)

Bakı. Trend:

4 oktyabr 2019-cu il tarixdə Xəzər rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xəzər rayon İH-nin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, İcra Hakimiyyəti başçısının müavinləri Elşən Qurbanov, Vüqar Novruzov, Lalə Əhmədova, Xəzər Rayon İnkişaf Fondunun sədri Elmar Mədətov, rayonun təhsil sahəsinin nümayəndələri o cümlədən müəllimlər, məktəb direktorları və rayon ictimaiyyətinin nümayyəndələri iştirak etmişlər.

Tədbirdə Rayon İH-nin başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış etdilər. Çıxış edənlər təhsil işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək onlara işlərində yeni-yeni uğurlar arzu etdilər. Millət vəkili Rauf Əliyev öz çıxışında bildirdi ki, son illərdə Xəzər rayonunda təhsil sahəsinin uğurları ildən ilə artır. Bu il orta məktəbləri bitirib ali məktəblərə sənəd verən 1310 nəfər məzundan 922 nəfəri tələbə adını qazanıb. Bu da sənəd verənlərin 70,3%-ni təşkil edir. 600-dən çox bal toplayanların da sayı ildən-ilə artır. Bu rəqəm 2015-2016-cı tədris ilində 20, 2016-2017-ci tədris ilində 25, 2017-2018-ci tədris ilində 38, 2018-2019-cu tədris ilində isə 43 nəfər olmuşdur. Çıxışının sonunda Rauf Əliyev bir daha müllimləri peşə bayramları münasibətilə təbrik etdi və onlara bu çətin eyni zamanda çox şərəfli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzu etdi.

Tədbirin sonunda qabaqcıl təhsil işçilərinə Fəxri Fərmanlar və müxtəlif mükafatlar təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti