...

Simpozium iştirakçıları üçün ziyafət təşkil olunub (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2019 13:52 (UTC +04:00)
İstanbul Universitetinin rektoru, professor Mahmut Ak “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda Simpozium iştirakçıları üçün ziyafət təşkil edib.
Simpozium iştirakçıları üçün ziyafət təşkil olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İstanbul Universitetinin rektoru, professor Mahmut Ak “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda Simpozium iştirakçıları üçün ziyafət təşkil edib.

Ziyafətdə İstanbul Universitetinin rektoru, professor Mahmut Ak çıxış edərək, tarix boyu Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə söykəndiyini, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki qardaş xalq arasındakı bu münasibətlərin əsrlərboyu yaşadığını və hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini vurğulayıb.

Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov səmimi qarşılanmaya, qardaşlıq münasibəltərinə görə minnətdarlığını bildirib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan rektor Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb.

C.Məmmədov elm, təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafında görkəmli ictimai-siyasi xadimlərin və ziyalıların rolundan danışıb, əcdadlarımızın sağlam özülə malik qardaşlıq körpüsünün təməlini atdığını, bu bağların daha da möhkəmlənməsi uğrunda gələcək nəsillərin görməli olduğu işlərin əhəmiyyətini vurğulayıb.

Millət vəkili Fazil Mustafa, professor Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru Akif Vəliyev İstanbul Universitetinin rektoru professor Mahmut Aka və “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti