...

Azərbaycan Universitetində davamlı inkişaf konsepsiyası müzakirə olunur (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2019 17:25 (UTC +04:00)
Azərbaycan Universitetində “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilir.
Azərbaycan Universitetində davamlı inkişaf konsepsiyası müzakirə olunur (FOTO)

Bakı. Trend:

Azərbaycan Universitetində “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilir.

Universitetdən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir öncəsində ümummilli liderin universitetin foyesindəki büstü önünə gül səbəti qoyulub, xatirəsi ehtiramla yad olunub.

Konfransı giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açıb. Prorektor konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin aktuallığı və əhəmiyyəti haqqında danışıb. Yusif Qasımov bildirib ki, Azərbaycanda gedən iqtisadi inkişaf və yüksəlişin davamlı olması üçün yük yalnız iqtisad və ona yaxın elmlərin deyil, həm də humanitar elmlərin üzərinə düşür. İnkişaf artıq təbii sərvətlərin hesabına deyil, yeni texnologiyaların inkişafı ilə mümkün ola bilməktədir. Yeni texnologiyalar isə bütün elmlərin kəsişməsində və birləşməsində yaranır və inkişaf edir. Bu baxımdan konfransın mövzusu aktualdır və tədbir alim və tədqiqatçıların mövzu ilə bağlı müzakirələr apara bilməsi üçün ən yaxşı platformadır.

Konfransın qonaqları Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, Elm üzrə prezident mükafatçısı, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının nümayəndəsi Elnur Həsənov çıxış edərək tədbirin işinə uğurlar arzulayıblar. Daha sonra professor Qorxmaz Quliyevin “Əsər – oxucu: kommunikasiya problemi” mövzusunda plenar məruzəsi dinlənilib.

Açılışın və plenar iclasın ardından konfrans işini dil və ədəbiyyat, tarix, iqtisadiyyat, sosial elmlər bölmələrində davam etdirir.

Konfransın məqsədi davamlı inkişaf strategiyalarının və bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin müzakirə olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti