...

Bakıda əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib

Cəmiyyət Materials 31 Oktyabr 2019 13:40 (UTC +04:00)
2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 15 milyard 019,9 milyon manat olub.
Bakıda əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 15 milyard 019,9 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 6 milyard 859,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 8 milyard 160,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti