...

Buzovnada şəhid ailələri ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2019 18:29 (UTC +04:00)
Buzovna qəsəbəsində şəhid ailələri ilə görüş keçirilib.
Buzovnada şəhid ailələri ilə görüş olub (FOTO)

Bakı. Trend:

31 oktyabr 2019-cu il tarixdə Buzovna qəsəbəsində Şəhid ailələri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, İH-nin başçısının müavini Vüqar Novruzov və şəhid ailələri iştirak edib.

İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev onların məişət problemləri ilə maraqlanıb, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçımız tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini, hər zaman lazımi dəstək və köməkliyin göstərildiyini qeyd edib.

Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti