...

Qurban Yetirmişli gecə baş verən zəlzələ barədə: Təkanlar davam edir (ÖZƏL)

Cəmiyyət Materials 8 Noyabr 2019 09:36 (UTC +04:00)
Bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir.
Qurban Yetirmişli gecə baş verən zəlzələ barədə: Təkanlar davam edir (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, güclü zəlzələdən sonra yaxın ərazilərdə yeraltı təkanların qeydə alınması normaldır:

"İrandakı zəlzələdən sonra cənub zonasında qeydə alınan təkanların sayı çox olub. Hələ də təkanların qeydə alınması davam edir".

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.

Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti