...

Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2019 15:22 (UTC +04:00)
Azərbaycan Universitetində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Universitetində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor – müəllim heyəti və tələbə kollektivi iştirak edib.

Universitetdən Trend-ə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan dövlətçiliyinin və onun simvollarından olan Azərbaycan bayrağının böyük tarixi yol keçdiyi və dövlət atributu kimi əhəmiyyəti vurğulanıb, yaranma tarixi, keçdiyi yol və Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Bildirilib ki, dövlət bayrağında əks olunan rənglər xalqımızın tarixini, milliliyini, öz müstəqilliyi uğrunda mübarizəsini əks etdirir, tariximizi və bu günümüzü göstərməklə yanaşı gələcəkdə atacağımız addımları da müəyyənləşdirir. Azərbaycanın Dövlət Bayrağı milli qürur və iftixar mənbəyimizdir. Şanlı bayağımızın işğal olunmuş digər torpaqlarımızda da dalğalanacağı gün uzaqda deyil.

Tədbir tarix ixtisası üzrə təhsil alan tələbələrin çıxışları ilə davam edib. Tələbələr Azərbaycan bayrağını tərənnüm edən şeirlər səsləndirib, hazırladıqları video-çarxları nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti