...

Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq

Cəmiyyət Materials 9 Noyabr 2019 16:01 (UTC +04:00)
Səhiyyə Nazirliyi bəzi KİV-lərdə və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib.
Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu reklamların onlara heç bir aidiyyəti yoxdur.

Bildirilib ki, nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır: "Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti