...

Azərbaycan Ordusunun zabiti vəfat edib

Cəmiyyət Materials 4 Dekabr 2019 18:52 (UTC +04:00)
Azərbaycan Ordusunun zabiti vəfat edib.
Azərbaycan Ordusunun zabiti vəfat edib

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ordusunun zabiti vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib.

Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.

Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti