...

Əlilliyi olan şəxslərə əlil arabaları paylanıldı (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2019 11:25 (UTC +04:00)
Bir qrup əlilliyi olan şəxsə əlil arabaları yaşadıqlara rayonlara, bir qisminə evlərinə aparılaraq verilib
Əlilliyi olan şəxslərə əlil arabaları paylanıldı (FOTO)

Bakı. Trend:

Bir qrup əlilliyi olan şəxsə əlil arabaları yaşadıqlara rayonlara, bir qisminə evlərinə aparılaraq verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyndən Trend-ə verilən xəbərə görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti səyyar xidmət Astara, Lənkəran, Masallı rayonlarında təşkil edilib.

Üç rayon üzrə 22 nəfər əlilliyi olan şəxsə əlil arabaları həmin rayonlara, onlardan bir hissəsinə isə evlərinə aparılaraq verilib. Əlilliyi olan şəxslər səyyar xidmətdən, əliliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildiriblər.

Сari ilin ötən dövründə ölkəmizin bütün rayon və şəhərlərində bu cür səyyar xidmətlər təşkil edilib. 858 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ümumilikdə 4 minə yaxın reabilitasiya vasitəsi yaşadıqları rayonlara, bəzi hallarda yaşayış ünvanlarına aparılıb verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti