...

Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun kənarlarında ağaclar əkilib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2019 18:30 (UTC +04:00)
Dekabrın 6-da Lənkəran rayonunda ağacəkmə aksiyası keçirilib.
Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun kənarlarında ağaclar əkilib (FOTO)

Bakı. Trend:

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar.

Bununla əlaqədar rayonda qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib. Şəhərin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağacların əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr əkinə tam hazırlanıb.

Dekabrın 6-da Lənkəran rayonunda ağacəkmə aksiyası keçirilib.

Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayevin, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin, ictimaiyyət nümayəndələrinin, ümumilikdə 500 nəfərdən çox rayon sakininin iştirakı ilə keçirilən aksiya çərçivəsində şəhərin ayrı-ayrı ərazilərində müxtəlif növ minlərlə ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti