...

Komitə sədri: Zorakılığa məruz qalan qadınlar susduğuna görə ağır cinayətlər baş verir

Cəmiyyət Materials 13 Dekabr 2019 15:16 (UTC +04:00)
Çox zaman zorakılığa məruz qalan qadınlar uzun müddət susurlar və nəticədə də ağır cinayətlər baş verir.
Komitə sədri: Zorakılığa məruz qalan qadınlar susduğuna görə ağır cinayətlər baş verir

Bakı. İlhamə İsabalayeva - Trend:

Çox zaman zorakılığa məruz qalan qadınlar uzun müddət susurlar və nəticədə də ağır cinayətlər baş verir. Qadınlar kiçik münaqişə olanda vaxtında müraciət etsə və ailə nəzarətə götürülsə, belə hadisələr olmaz.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, qadınların çox zaman hansısa zorakılıqla qarşılaşanda müraciət etməməsi ən böyük problemdir.

H.Hüseynova əlavə edib ki, zorakılığa məruz qalan qadınlar Komitəyə üz tutanda onlara məhkəməyə müraciət etmək təklif edilir, amma qadınlar bunu eləmirlər:

"Bunun da bir çox səbəbləri var. Bəziləri iqtisadi baxımdan müstəqil olmadığını deyirlər, bir çox hallarda isə qorxurlar. Bu gün bizdə elə güclü müdafiə sistemi yaranıb ki, qadınlar heç nədən qorxmadan məhkəməyə müraciət edə bilirlər. İstəyirik ki, bu qadınlar daha da güclü olsunlar. Biz onlara kömək edə bilərik ki, vəkilləri olsun, müdafiə olunsunlar. Qadınlar bir az özlərinə hörmətlə yanaşmalıdılar. Rayon yerində hamının problemli ailələrdən xəbəri olur. Burada ictimai qınaq güclənsə, bir çox problemləri həll etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti