...

Rahim Əliyev: Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır

Cəmiyyət Materials 19 Dekabr 2019 11:04 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə isə bu göstərici 26 faizdir, yəni heç 30 faizə çatmır.

R.Əliyevin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır.

Nazir müavininin fikrincə, bu məsələdə öhdəlik yalnız səhiyyə sisteminin üzərinə düşmür. Bütün qurumlar birgə mübarizə aparmalı, fiziki aktiv həyat təbliğ olunmalı, tütündən istifadə azaldılmalıdır:

"Dünya üzrə əhalinin yaşlanma göstəricisi artır. Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Qeyri-infeksion xəstəliklərin yükü istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə yoluxucu xəstəliklərdən yüksəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti