...

Həftəsonu məktəblərdə dərs qrafiki necə olacaq? - CƏDVƏL

Cəmiyyət Materials 27 Dekabr 2019 09:34 (UTC +04:00)
Azərbaycanda beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib.
Həftəsonu məktəblərdə dərs qrafiki necə olacaq? - CƏDVƏL

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib.

Trend-in məlumatına görə, təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada təyin edilib.

Belə ki, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq.

Bundan başqa, 6 günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvar ayının 3-də olan dərslər keçiriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti