...

Gömrük Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2019 14:42 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Gömrük Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin Akademiyasının rəisi Qulu Novruzov Azərbaycan tarixinin ən dəyərli bayramlarından biri olan həmrəylik gününün tarixindən danışaraq, bu günün xalqımızın təşəkkülündə, inkişafında və formalaşmasında birləşmə, birlik ideyalarının mənəvi əsasını qoyan bir bayram olduğunu deyib. Məhz ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə aldığını və dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini deyən Q.Novruzov növbəti dövrdə bu bayramın ümumxalq bayramına çevrildiyini qeyd edib. Hazırda bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

2019-ci ilin Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə yadda qaldığını vurğulayan Q.Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi, iqtisadi və digər sahələrdə uğurlarından danışıb.

Qulu Novruzov vurğulayıb ki, bu il Dövlət Gömrük Komitəsi tərəfindən islahatlar yolunda kifayət qədər çox ciddi addımlar atılıb: "Bu baxımdan, kadr hazırlığını həyata keçirən Dövlət Gömrük Komitəsinin Akademiyası üçün də bu ili uğurlu hesab etmək olar".

Akademiya rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə akademiyanın kollektivini, professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara yeni ildə müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra tələbələrin ifasında şeirlərdən ibarət səhnəciklər və ədəbi-bədii kompozisiya təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti