...

Bakıda baldız böyrəyini gəlinlərinə bağışladı

Cəmiyyət Materials 7 Yanvar 2020 14:36 (UTC +04:00)
Respublika Diaqnostika Mərkəzinə (RDM) müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb.
Bakıda baldız böyrəyini gəlinlərinə bağışladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublika Diaqnostika Mərkəzinə (RDM) müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, uğurlu əməliyyat urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə icra olunub:

"Pasiyentimiz uzun müddət idi ki, əziyyətli hemodializ senasları alırdı. Bu da orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü. Ona təcili böyrək köçürülməli idi. Qohumları arasında nəticəsiz uyğun donor gözləmələrinin sonunda kömək əlini baldızı uzatdı. Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğunu aşkarladıq və o da heç tərəddüd etmədən öz böyrəyini bağışladı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti