...

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva təltif olunub

Cəmiyyət Materials 8 Yanvar 2020 14:00 (UTC +04:00)
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanı yubiley medalı ilə təltif edib.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva təltif olunub

Bakı. Trend:

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanı yubiley medalı ilə təltif edib.

Universitetdən Trend-ə verilən məlumata görə, nazir Səadət Əliyevanın “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Qeyd edək ki, yubiley medalı Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilib. Yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş şəxslər təltif edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti