...

“Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq foto müsabiqə keçirilir

Cəmiyyət Materials 28 Yanvar 2020 13:11 (UTC +04:00)
Müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının himayədarlığı ilə keçirilir.
“Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq foto müsabiqə keçirilir

Bakı. Trend:

Azərbaycanda “Gilavar” foto klubunun təşkilatçılığı ilə “Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq foto müsabiqə keçirilir. Müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının himayədarlığı ilə keçirilir.

Trend-in məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.

“Sərbəst rəngli”, “Sərbəst ağ-qara”, “Səhayət” və “İnsan” mövzuları üzrə təqdim olunan fotolar yerli və xarici fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq.

www.salon.gilavar.net saytı vasitəsi ilə keçirilən müsabiqədə dünyanın istənilən yerindən olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilər. Ən yaşxılara qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Qeyd edək ki, Azerbaijan Photo Salon 2020 müsabiqəsi “Gilavar” foto klubu tərəfindən təşkil edilən sayca dördüncü beynəlxalq yarışmadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti