...

Koronavirusla əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb

Cəmiyyət Materials 28 Yanvar 2020 16:54 (UTC +04:00)
Xəstəliyə şübhəli şəxs olarsa, onlar bu palatalarda yerləşdiriləcəklər.
Koronavirusla əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda koronavirusla əlaqədar xüsusi palatalar ayrılıb.

Bunu Trend-ə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma və ya yoluxmada şübhəli hal qeydə alınarsa, həmin xəstələrin stasionar müalicəsi üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 5-dən çox xüsusi palata ayrılıb:

“Bunlar xüsusi rejimli palatalardır. Çöldəki təzyiqlə müqayisədə həmin palatalardakı təzyiq aşağı olur. Xəstəliyə şübhəli şəxs olarsa, onlar bu palatalarda yerləşdiriləcəklər”.

Baş infeksionist Azərbaycanda indiyədək koronavirusun aşkar edilmədiyini, heç bir şəxsin bu xəstəliyə yoluxmada şübhəli bilinmədiyini də söyləyib:

“Ölkəmizdə koronavirusla xəstələnmə halı yoxdur. İndiyədək hələ heç bir şübhəli şəxs də qeydiyyata alınmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti