...

“Atəşgah” Sığorta Şirkəti İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görüldü!

Cəmiyyət Materials 31 Yanvar 2020 15:20 (UTC +04:00)
“Atəşgah” SŞ İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində, keyfiyyətə nəzarət üzrə ilk sertifikatını 2003-cü ildə alıb
“Atəşgah” Sığorta Şirkəti İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görüldü!

Bakı. Trend:

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti fəaliyyətinin keyfiyyətini və etibarlılığını artırmaq məqsədi ilə 2019-cu ildə İSO 9001:2015 - Keyfiyyət Menecmenti Sistemi üzrə audit yoxlamasından keçmişdir.

“Atəşgah” Sığorta Şirkəti ASC–də “Bureau Veritas” şirkəti tərəfindən keçirilən audit nəticəsində “Keyfiyyət Menecmenti Sistemi” üzrə fəaliyyətinin və xidmət keyfiyyətinin beynəlxalq standartlara tam uyğunluğunu İSO 9001:2015 sertifikatı ilə təsdiq etmişdir.

Qeyd edək ki, “Atəşgah” SŞ İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində, keyfiyyətə nəzarət üzrə ilk sertifikatını 2003-cü ildə almışdır.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti