...

“This is MaSumBa” komandası 2020-ci ilin İntellektual Klubların II Gənclər Kubokunun qalibi oldu (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2020 09:42 (UTC +04:00)
“İntellektual Klubların II Gənclər Kuboku” adlı 2 gün davam edən intellektual yarış başa çatıb
“This is MaSumBa” komandası 2020-ci ilin İntellektual Klubların II Gənclər Kubokunun qalibi oldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Gəncləri Günü münasibəti ilə 1 və 2 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində müxtəlif regionları və klubları təmsil edən komandalardan ibarət “İntellektual Klubların II Gənclər Kuboku” adlı 2 gün davam edən intellektual yarış başa çatıb.

Trend-in məlumatına görə, tədbirin ilk günü rəsmi açılış hissəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali təhsil ocaqlarının rektorları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlamış və bilik yarışında iştirak edən komandalara uğurlar arzulayıb. Daha sonra Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev çıxış edib. Rəsmi hissə bitdikdən sonra 70 komandanın iştirak etdiyi turnir açıq elan olunub. Turnirdə 70 komandanın tərkibində 500-dək gənc iştirak edib. Bu komandaların 20-si müxtəlif regionları təmsil edib. "İntellektual Klubların Gənclər Kuboku" nun gərgin keçən iki günlük yekun mərhələsində “This is MaSumBa” komandası 1-ci, "Revolver" komandası 2-ci, "Prestij" komandası 3-cü yeri tutub.

Regionlar üzrə komandalardan isə 1-ci yeri “Kəpəz” (Gəncə) komandası, 2-ci yeri “Next” (Şirvan) komandası və 3-cü yeri isə “Maqnat” ( Şabran) komandası əldə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti