...

Xızı sakinindən silah və narkotik götürülüb (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2020 10:09 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xızı sakinindən silah və narkotik götürülüb (FOTO)

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyini Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Şurabad kənd sakini, 19 yaşlı Mehdi Rzayev kənd ərazisində saxlanılıb. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin altında gizlətdiyi bir ədəd lüləsi kəsilmiş odlu silah, beş ədəd patron və narkotik maddə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Xəbər lenti

Xəbər lenti