...

2020-ci ildə təmir ediləcək yolların siyahısı açıqlandı

Cəmiyyət Materials 6 Fevral 2020 17:19 (UTC +04:00)
2020-ci ildə Bakı şəhəri, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.
2020-ci ildə təmir ediləcək yolların siyahısı açıqlandı

Bakı. Samir Əli - Trend:

2020-ci ildə Bakı şəhəri, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.

Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, ümumi uzunluğu 157.7 km olan Xəzər (20 km), Sabunçu (15 km), Binəqədi (30km) və Abşeron (29.2 km) rayonlarının qəsəbədaxili yollarının, Suraxanı rayonunun Yeni Suraxanı (31.6 km) qəsəbəsinin yollarının, həmçinin Xırdalan (10.5 km) və Sumqayıt (21.4 km) şəhərlərinin küçələrinin və yaşayış massivlərinin yollarının təmiri davam etdirilir.

Bundan əlavə, dövlət investisiya proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu üzrə ümumi uzunluğu 171.5 km olan qəsəbədaxili küçə və yolların təmiri işləri də aparılır:

- Xəzər r-nu – 34.4 km;

- Xətai r-nu – 23.8 km;

- Binəqədi r-nu – 16.1 km;

- Qaradağ r-nu – 15.45 km;

- Nərimanov r-nu – 9.15 km;

- Nizami r-nu – 4 km;

- Nəsimi r-nu – 8.27 km;

- Sabunçu r-nu – 22.54 km;

- Sabail r-nu – 8.79 km;

- Suraxanı r-nu – 17.94 km;

- Yasamal r-nu – 7.13 km;

- Pirallahı r-nu – 4 km.

2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301.5 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir edilib.

Xəbər lenti

Xəbər lenti