“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük Beynəlxalq konfrans işə başlayıb.

Universitetdən Trend-ə verilən məlumata görə, konfransın açılışı “Four Seasons” otelində baş tutub. Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Təhsil nazirinin müavini İdris İsayev, Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, UNEC-in rektoru, professor Ədalət Muradov, konfransın təşkilatçıları, UNEC-in əməkdaşlıq etdiyi yerli və xarici universitetlərin rektorları, tərəfdaş təşkilatların rəhbərləri və nümayəndələri, tanınmış akademiklər, alimlər iştirak ediblər.

Rektor Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq, konfransın məqsədini açıqlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilmiş ciddi uğurlar və artıq formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq, ölkəmizin gələcəkdə daha dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti rəqəmsal transformasiyadır. Məhz rəqəmsal iqtisadiyyatın müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə 15 beynəlxalq və xarici təşkilatın tərəfdaşlığı ilə beynəlxalq konfransın təşkil edilməsinə qərar verilib.

Rəqəmsallaşmanın əmək bazarında yeni kompetensiyalar tələb etdiyini deyən rektor, onun bütövlükdə təhsil sisteminə, eləcə də kənd təsərrüfatı, nəqliyyat, maliyyə sektoruna ciddi təsir göstərdiyini vurğulayıb. Ə.Muradov təhsilin bütün səviyyələrində rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığının tələb olunduğunu, iqtisadiyyatın rəqəmsallaşmasının statistik göstəricilərə tələbi dəyişməsini, beynəlxalq standartların hələ də formalaşmadığı bir zamanda rəqəmsal iqtisadiyyatla bağlı proseslərin statistik ölçülməsi mexanizminin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Rektor, həmçinin “Rəqəmsal Azərbaycan” Dövlət Proqramının hazırlanmasının faydalı ola biləcəyini deyib.

Təhsil nazirinin müavini İdris İsayev isə inkişaf tendensiyalarını və trendləri nəzərə alaraq, son illərdə texniki-texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirildiyini bildirib. Bu tədris ilində innovasiyaların tətbiqinə yönəldilmiş texniki və texnoloji ixtisas qrupu üzrə ötən ilə nisbətən 4,3 faiz artım olduğunu, dövlət sifarişi əsasında tələbə qəbulu planının texniki və texnoloji ixtisas qrupu üzrə 71 faiz artdığını deyib. Nazir müavini son illərdə Azərbaycan ali məktəblərinin dünyanın aparıcı universitetləri ilə beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcədə artdığını da diqqətə çatdırıb. Hazırda universitetlərimizdə beynəlxalq akkreditasiyadan keçmiş 11 təhsil proqramının tətbiq edildiyini, ölkəmizin 10 universitetinin dünyanın 20 universiteti ilə 25 ixtisas və ixtisaslaşma üzrə ikili diplom proqramları üzrə kadr hazırlığını həyata keçirdiyini, bunların da 7-sinin məhz texniki və texnoloji ixtisaslara aid olduğunu vurğulayb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb. Nazir müavini bu istiqamətdə elektron hökumətin yaradıldığını, nazirlik tərəfindən müxtəlif istiqamətlər üzrə 68 xidmətin elektronlaşdırıldığını bildirərək, ümumilikdə ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyasının reallaşdırıldığını diqqətə çatdırıb. Nazirlik rəsmisi Azərbaycanda lisenziyalar və icazələr portalının fəaliyyətə başladığını və bugünədək sözügedən platforma vasitəsilə 1500-dən çox lisenziya verildiyini qeyd edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən amillərdən söz açıb. Nazir müavini bu istiqamətdə infrastrukturun modernləşdirilməsinin, müasir texnologiyaların tətbiqinin, internet istifadəçilərinin sayının artmasının, elektron ticarətin genişlənməsinin əsas rol oynadığını diqqətə çatdırıb. O, Azərbaycanın 3G şəbəkəsi göstərici üzrə dünyanın orta göstəricisindən öndə olduğunu, hazırda isə 4G şəbəkəsinin genişləndirildiyini deyib. E.Vəlizadə 2019-cu ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Qlobal Rəqabətlilik Hesabatına əsasən, Azərbaycanın hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə, dünyanın 141 ölkəsi arasında 43-cü yerdə qərarlaşdığını və bu göstərici üzrə ölkəmizin region dövlətləri arasında 2-ci olduğunu diqqətə çatdırıb.

Konfransın açılış mərasimində plenar məruzələr də dinlənilib. Almaniyanın Köln Universitetinin Media və İdarəetmə Texnologiyaları Departamentinin direktoru, professor Klaudia Loebbecke “Rəqəmsallıq, analitik göstəricilər və süni intellekt biznes və cəmiyyəti necə dəyişdirə bilər” mövzusunda təqdimatla çıxış edib.

Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplunun təqdimatı isə “Rəqəmsallaşma təkamülünə vençur kapital investorlarının baxışı” mövzusunda olub. Palata sədri Azərbaycanda müəssisə kapitalına investisiya yatırmaq üçün böyük imkanların mövcud olduğunu deyib. O, Estoniya, Ukrayna və Belarus kimi ölkələrdə bu prosesin sürətlə getdiyini və Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşma sürətini nəzərə alaraq, həmin imkanların burada yaradılmasının məqsədəuyğun olduğunu bildirib.

Konfrans işini UNEC-də 4 mövzu üzrə bölmə iclaslarında davam etdirib. İclaslarda dövlət idarəetməsinin rəqəmsal transformasiyası, rəqəmsal əməkdaşlığa regional baxış, maliyyə sektorunun rəqəmsallaşması, sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası, eləcə də rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrində tətbiqinə və bunun təhsildə özünü göstərməsinə dair müzakirələr aparılıb.

Konfrans çərçivəsində UNEC-lə Rusiyanın «E. T. Qaydar adına İqtisadi Siyasət İnstitutu» Fondu arasında elmi əməkdaşlığa dair müqavilə imzalanıb.

Beynəlxalq konfransın 2-ci günü isə yerli və xarici alimlərin “Azərbaycanda rəqəmsal iqtisadiyyat, risklər və həllər”, “İpək Yolunun rəqəmsallaşdırılması imkanları”, “rəqəmsal valyutalar və elektron ticarətin riskləri və faydaları”, “rəqəmsal iqtisadiyyatda insan kapitalının rolu”, “rəqəmsal iqtisadiyyat və yeni biznes modellərinin inkişafı”, “ağıllı şəhərlər” beynəlxalq təcrübədə” və digər mövzularda çıxışları olacaq, müzakirələr aparılacaq. Tədbir çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq.

Konfransın yekununda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının Böyük İpək Yolu üzrə rəqəmsal, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkana çevrilməsi məsələləri müzakirə olunacaq. Bu müzakirələr regionda rəqəmsal əməliyyatların Azərbaycan üzərindən aparılması və beynəlxalq ticarət dövriyyəsinin inkişaf etdirilməsi potensialını üzə çıxaracaq. Eyni zamanda ölkəmizdə “Rəqəmsal iqtisadiyyat” konsepsiyasının və dövlət proqramlarının işlənib hazırlanmasına töhfələr verəcək, onun regionun rəqəmsal iqtisadiyyat məkanına inteqrasiyasına yol açacaq.

Qeyd edək ki, Beynəlxalq konfransın əsas məqsədi rəqəmsal iqtisadiyyatın müasir vəziyyəti və onun inkişafını zəruri edən amillərin araşdırılması, gələcək perspektivlərinin müzakirəsi və proqnozlaşdırılması, rəqəmsal idarəetmə sahəsində qabaqcıl biliklərin bölüşdürülməsidir.

Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
Loading Bars
Xəbər lenti
Kamçatkada bir neçə saat ərzində üç zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü
ABŞ-ın İraqdakı hərbi düşərgəsi yaxınlığında bir neçə raket partlayıb
Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bayraktar Akıncı TİHA PUA-sı ilk atəş sınaqlarını uğurla tamamladı
"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO)
Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
Bakının Ermənistandan təzminat tələb etmək hüququ var - Rusiyalı politoloq
Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən iqtisadi forum təşkil olunacaq
Zabratda iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor quraşdırılıb (VİDEO)
MDU-da Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş nəzəri-praktiki seminar keçirilib (FOTO)
"Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb (FOTO)
Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Gəncədə gördüklərimiz müharibə cinayətidir - Fransalı vəkil
Təhlükəsiz ticarətin təşkili məsələləri müzakirə edilib
Biz istərdik ki, erməni vəhşiliyi beynəlxalq səviyyədə təqdim edilsin - Fransalı hüquqşünas
Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsi vacib tapşırıqdır - Zaxarova
Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu
Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirmə tədbirləri keçirib (FOTO)
Fransalı hüquqşünaslar Gəncəyə səfər ediblər (FOTO)
Xəzər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
Cənubi Koreyada Rusiyanın balıqçı gəmisi yanıb
SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırıldı
Azərbaycan İsraildə turizm bürosu açacaq
Azərbaycanın əməkdar pilotları Qarabağa uçuşları səbirsizliklə gözləyir (VİDEO)
Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)
Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla
Gədəbəydə yeni yaradılan 4 kartof sortunun əkininə başlanılıb (FOTO)
İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə tanış olublar (FOTO)
Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq
DİN vətəndaşları kibercinayətkarlara qarşı ayıq-sayıq olmağa çağırdı
Havada müşahidə olunan toz lokal xarakter daşıyır - Nazirlik
Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib
Yevlaxın içməli su təchizatı sistemi yenidən qurulur
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb (FOTO)
Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir
Azərbaycan qanunvericiliyi xəstəlikdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir - Könül Nurullayeva (VİDEO)
Ağdamda tarixi abidələrin vandalizmə məruz qaldığını gördük - Yasin Yakuti
Belarus Azərbaycana traktorların yığılması üçün komplekt hissələr tədarük edəcək
Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas
Cəbrayıl rayonunun Şahvələdli kəndi (VİDEO)
Bakı limanının əməkdaşları peyvənd olunur (FOTO)
Azərbaycan Rusiya ilə birgə avtomobil istehsal edəcək - Müəssisə işə başladı
Hərarəti yüksək olan bir abituriyent imtahana buraxılmadı
Yem satışı mağazasında nöqsanlar aşkarlanıb (FOTO)
Bu abituriyentlərin nəticələri ləğv olunacaq - DİM
ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir - Türkiyə PA
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Azərbaycana qayıtdı (FOTO)
Orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib
Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq
Fransalı hüquqşünaslar Ağdamda səfərdədilər (FOTO)
Aqroparkların yaradılması ölkəmizin idxaldan asılılığını xeyli azaldır - Deputat
"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı (VİDEO)
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım davam edir
Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən azad edildi (VİDEO)
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Soros “demokratiyasının” iç üzü
Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır - Hulusi Akar
Azərbaycan təbii qaz ixracını üç dəfədən çox artırıb
İranda koronavirusdan gündəlik ölüm sayı sürətlə artır
Yollarda Qarabağa doğru istiqamət və məsafəni bildirən lövhələr quraşdırılır (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
213 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alındı (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Yazlıq əkinləri və meyvə bağlarının bəyanı mayın 31-də başa çatacaq
Vaksinasiya noyabrdakı pik yoluxmanın təkrarlanmasının qarşısını aldı - TƏBİB rəsmisi (VİDEO)
Qarabağla bağlı üçtərəfli bəyanat insan haqlarının müdafiəsi istiqamətində vacib addımdır - Almaniya XİN
Azərbaycan Ermənistanın istənilən təhdidinə layiqli cavab verəcək - Deputat
Sərhəddə 122 kiloqram heroin saxlanılıb
Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib - DSX
Azərbaycan nefti bahalaşıb
Həkim məsləhəti olmadan antibiotik istifadəsi ağırlaşmaya səbəb ola bilər
Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır - Nazirlik
Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edildi
Ermənistanın hərbi cinayətləri davam edir - Səttar Möhbalıyev
Bütün xəbərlər