...

Bakı Ağ Şəhər incəsənət platforması kimi yaradıcı insanları cəlb edir (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2020 09:00 (UTC +04:00)
Rəssam, dizayner və memarların sənəti üçün müasir incəsənət platforması olan Bakı Ağ Şəhər layihəsi yaradıcı insanları cəlb etməkdədir.
Bakı Ağ Şəhər incəsənət platforması kimi yaradıcı insanları cəlb edir (FOTO)

Bakı. Trend:

Rəssam, dizayner və memarların sənəti üçün müasir incəsənət platforması olan Bakı Ağ Şəhər layihəsi yaradıcı insanları cəlb etməkdədir. Ağ Şəhərdə son illər ərazində “Daşın nəğməsi" Beynəlxalq heykəltəraşlıq simpoziumlarının iştirakçıları, Amsterdamlı rəssam Cosef Klibanski, Fransalı strit-artist Tyeri Nuar, Britaniyalı heykəltəraş Toni Kreqq və digər incəsənət təmsilçilərinin əsərləri yer almışdır.

Fransalı tanınmış heykəltəraş Arik Levi və Tükiyədə fəaliyyət göstərən “Pilevneli Gallery” rəsm qalereyasının sahibi Murat Pilevneli Bakıya səfərləri baş tutdu. Tel-Əvivdə anadan olmuş Arik Levi hazırda Fransada rəssamlıq və sənaye dizaynı sahəsində yaradır. Bu gün Arik Levi dünyanın ən məşhur dizaynerləri siyahısındadır. Onun yaratdıcılığı Nyu Yorkdakı MoMA Muzeyinin, Parisdəki Georges Pompidou Mərkəzinin, Londondakı Viktoriya və Albert Muzeyinin və digər bir çox məşhur qalereya və muzeylərin daimi sərgilərinə daxil edilmişdir.

Səfər zamanı Arik Levi və Murat Pilevneli Ağ Şəhərdə incəsənət sahəsində yeni imkanlarla tanış oldular. Ağ Şəhərdə gəzinti zamanı cənab Levi və cənab Pilevneli burada yerləşdirilmiş çoxsaylı incəsənət nümunələrilə tanış oldular.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti