Bakı. Samir Əli - Trend:
Müğənni Manaf Ağayev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub, profilatik söhbət aparılaraq sərbəst buraxılıb.
O, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.
Məlumatı Trend-ə açıqlqmasında BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiq edib.
Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlara qarşı zorakılığa çağırış edən fikir səsləndirib.