...

İnnovasiyalar Agentliyi, Ekvita, “Agribioekotex MMC”, “Trendtech MMC” və “Fructus MMC” arasında əməkdaşlıq haqqında razılaşma (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2020 13:20 (UTC +04:00)
13 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi, Ekvita, “Agribioekotex MMC”, “Trendtech MMC” və “Fructus MMC” arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır.
İnnovasiyalar Agentliyi, Ekvita, “Agribioekotex MMC”, “Trendtech MMC” və “Fructus MMC” arasında əməkdaşlıq haqqında razılaşma (FOTO)

Bakı. Trend:

13 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi, Ekvita, “Agribioekotex MMC”, “Trendtech MMC” və “Fructus MMC” arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır.

Məqsəd ölkə iqtisadiyyatına birbaşa təsir edən kənd təsərrüfatı sənayesinə töhvə verilməsi, ekoloji cəhətdən təmiz, bioloji pestisidlər, minerallar və digər gübrələri test sahələrində tətbiq etmək üçün birgə tədbirlərin həyata keçirilməsidir.

Bu əməkdaşlıqda İnnovasiyalar Agentliyi mərkəz olaraq fəaliyyət göstərəcək, EKVİTA həm konsaltinq, həm də təlim xidmətləri göstərəcək, "AgriBioEkoTex" və "Trendtech" öz zəngin üzvi mineral məhsullarını torpaqları zənginləşdirmək üçün təmin edəcəkdir. "Fructus" test sahələri ilə təmin edəcək.

EKVİTA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 40 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında Dünya miqyasında fəaliyyət göstərən Fortune 500 siyahısına daxil olan bir neçə fəal şirkət mövcuddur. EKVİTA şirkəti həmçinin, hökumət layihələrində iştirak etmiş və Dünya Bankı kimi beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir.

Şirkətin fərqi - ümumi biznes konsaltinqi ilə özündə hüquqi, maliyyə və vergilər sektorları üzrə kifayət qədər güclü təcrübəni birləşdirən peşəkar xidmətlərin kompleks şəklində göstərilməsidir.

EKVİTA -nın bazardakı lider mövqeyi beynəlxalq reytinq təşkilatları və digər müvafiq beynəlxalq standartlar tərəfindən tanınmışdır.

Xəbər lenti

Xəbər lenti