Bakı. Samir Əli - Trend:
Azərbaycanda koronavirusla bağlı 3 karantin xəstəxanası ayrılıb.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Astara, Cəlilabad və Qobustan xəstəxanaları karantin üçün hazır vəziyyətə gətirilib: "Həmin xəstəxanalar bütün dərman preparatları və digər zəruri avadanlıqla təmin edilib. Bundan əlavə, bu məsələ ilə bağlı köməkçi xəstəxana və mərkəzlər də zəruri avadanlıqlar və preparatlarla təchiz olunub".