...

Rusiyadan gələn avtomobildə gizlədilən ehtiyat hissələri aşkarlandı

Cəmiyyət Materials 3 Mart 2020 16:22 (UTC +04:00)
İdxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobil saxlanılıb və gömrük yoxlaması aparılıb.
Rusiyadan gələn avtomobildə gizlədilən ehtiyat hissələri aşkarlandı

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobil saxlanılıb və gömrük yoxlaması aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin alt hissəsində, yük yerindəki ehtiyat təkərin və rezin örtüyün altından, gömrük nəzarətindən gizlədilən 6 adda 12 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti