...

Ötən il ölkəyə gələn əcnəbilərin sayı 11 faiz artıb

Cəmiyyət Materials 5 Mart 2020 11:39 (UTC +04:00)
2019-2020 ci il ölkəmiz üçün miqrasiya sahəsi dinamik olub.
Ötən il ölkəyə gələn əcnəbilərin sayı 11 faiz artıb

Bakı. Samir Əli - Trend:

2019-2020 ci il ölkəmiz üçün miqrasiya sahəsi dinamik olub.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəmizə səfər edən əcnəbilərin sayında artım olub:

"Bu ilin 2 ayı əzində ölkəyə gələn miqrantların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb.

Müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayı 29 faiz, daimi yaşama icazəsi 13 faiz, iş icazəsi 16 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət 23 faiz, readmissiya olunan şəxslər 52 faiz artıb, qaçqın statusu üçün müraciət edən əcnəbilərin sayında 3,4 faiz azalma qeydə alınıb".

Xidmət rəisi bildirib ki, 2019-cu ildə ölkəyə gələn əcnəbilərin sayında 11 faiz artım olub:

"2018-ci illə müqayisədə ötən il ölkədə yaşayan əcnəbilərin sayı 12 faiz artıb. Həmçinin Azərbaycanda müvəqqəti yaşama icazəsi olanların sayı 10 faiz artıb. Daimi yaşama icazəsi alanların sayında 37 faiz azalma var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti