...

Ötən ay 7 minə yaxın yeni abonent qeydə alınıb - Azəriqaz

Cəmiyyət Materials 11 Mart 2020 12:18 (UTC +04:00)
2020-ci ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 895 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 385-i Bakı, Abşeron və Sumqayıt, 2 510-u isə regionlar üzrədir.
Ötən ay 7 minə yaxın yeni abonent qeydə alınıb - Azəriqaz

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

2020-ci ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 895 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 385-i Bakı, Abşeron və Sumqayıt, 2 510-u isə regionlar üzrədir.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin ilk 2 ayında əhali sektoru üzrə 18 446 yeni abonent qeydiyyata alınıb. 11 852 abonent Bakı, Abşeron və Sumqayıt, 6 594 abonent isə regionların payına düşür.

Beləliklə, hal-hazırda “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan ümumi abonent sayı əhali sektoru üzrə 2 milyon 265 min 721-ə bərabərdir. Bakı şəhəri üzrə abonentlərin sayı 872 384, regionlar üzrə isə 1 milyon 393 min 337 təşkil edir. İlin sonunadək yeni abonentlərin sayının təqribən 100 minə bərabər olacağı proqnozlaşdırılır.

Onu da qeyd edək ki, əvvəlki illərdə olduğu kimi 01 mart 2020-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti