...

Bakıda yük avtomobili qaz xəttini zədələdi

Cəmiyyət Materials 12 Mart 2020 12:21 (UTC +04:00)
Bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volva” markalı yük avtomobili ilə qəza törədilib.
Bakıda yük avtomobili qaz xəttini zədələdi

Bakı. Samir Əli - Trend:

Bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volva” markalı yük avtomobili ilə qəza törədilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, həmin avtomobillə vurularaq diametri 273 mm olan orta təzyiqli qaz xətti qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb.

Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Ərazidə təcili bərpa işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti