...

Palçıq vulkanları Azərbaycana əlavə valyuta gətirə bilər

Cəmiyyət Materials 16 Mart 2020 21:05 (UTC +04:00)
Azərbaycanda palçıq vulkanları ilə müalicələrin təşkili, ekoturizmin bu istiqamət üzrə də inkişaf etdirilməsi ölkəmizə əlavə valyuta gətirə bilər.
Palçıq vulkanları Azərbaycana əlavə valyuta gətirə bilər

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda palçıq vulkanları ilə müalicələrin təşkili, ekoturizmin bu istiqamət üzrə də inkişaf etdirilməsi ölkəmizə əlavə valyuta gətirə bilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyev deyib.

Onun sözlərinə görə, ölkə ərazisində bütün növlər üzrə 350-dən artıq palçıq vulkanı var.

Sayına, tərkibinə, aktiv fəaliyyətinə görə Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqunun olmadığını deyən A.Əliyev bildirib ki, palçıq vulkanları ekoturizmin inkişafı üçün olduqca maraqlı obyektlər hesab edilir:

"Bəzi turistlər müalicə olunmaq məqsədilə palçıq vulkanları ilə müalicə işinin təşkil edildiyi ölkələrə səfər edirlər. Ölkəmizdəki vulkanların sayı, tərkibi nəzərə alınarsa, ölkəmizdə palçıq vulkanları ilə müalicəni təşkil edə bilərik. Nəzərə alaq ki, Qobustandakı "Qoturdağ" və "Çeyildağ" vulkanları dünyada çox nadir hallarda rast gəlinən vulkanlardandır. Bakıdan 50 km qərbdə yerləşən "Çeyildağ" vulkanı uzun müddət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir.

"Qoturdağ"da isə suxur daim sıxılır. Ona oxşar vulkan Rusiyada var. Digər ölkələrdə belə vulkan yoxdur. Azərbaycana gələn turistlər üçün də belə vulkanlar maraqlıdır. Əgər bu işə sərmayə yatırılsa, onda bu, respublikamıza daxil olan valyutanın artmasına səbəb olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti