...

Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə yeni VİDEOÇARX hazırlayıb

Cəmiyyət Materials 26 Mart 2020 15:48 (UTC +04:00)
Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə yeni VİDEOÇARX hazırlayıb

Bakı. Trend:

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Trend-in məlumatına görə, videoçarxda xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda vətəndaşlarımıza özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdə qalmaq, dərhal şəxsi həkimlərinə və ya Təcili Tibbi Yardım Stansiyasına – 103 və 113 xidmətinə və ya 24 saat fəaliyyət göstərən qaynar xətt –“15 42”-yə müraciət etmək tövsiyə olunur.

Həmin videoçarxı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti