...

Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)

Cəmiyyət Materials 28 Mart 2020 12:02 (UTC +04:00)
Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şəki rayonunda genişmiqyaslı tədbirlər davam etdirilir.
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)

Bakı. Trend:

Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şəki rayonunda genişmiqyaslı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Yol Patrul və Post Patrul xidmətlərinin əməkdaşları tərəfindən rayonun girişlərində xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, həmçinin yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücü və sərnişinləri, eyni zamanda, piyadalar yoxlanılır. Qeydiyyatda olduqları ünvan müəyyən olunduqdan sonra onlara rayona giriş-çıxışın mümkün olub-olmadığı bildirilir.

Bununla yanaşı, Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün şəhər icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları mütəmadi olaraq yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti