...

“Azərişıq” vətəndaşlara onlayn xidmətləri davam etdirir

Cəmiyyət Materials 31 Mart 2020 10:54 (UTC +04:00)
“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini “199” Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər.
“Azərişıq” vətəndaşlara onlayn xidmətləri davam etdirir

Bakı. Trend:

“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. Belə ki, sosial şəbəkələrdə “Feysbuk” və “İnstaqram” vasitəsilə canlı bağlantı, eləcə də Votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini “199” Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər.

Xüsusi olaraq bildirilib ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır.

ASC bütün istehlakçılarının onlayn xidmətlərdən yararlandığını, eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrdən istifadə etməklə ödədiklərini qeyd edib və istehlakçılara öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti