Bakı. Samir Əli - Trend:
Ölkədə tətbiq edilən xüsusi karantin qaydaları ilə bağlı Bakıda fəaliyyət göstərən heç bir marşrut xəttinin hərəkət vaxtında dəyişiklik olmayıb.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, bütün marşrut xətləri və nəqliyyat mübadilə mərkəzləri əvvəlki qrafiklə işləyir:
"Bütün marşrut xətləri 22:30 və hətta 23:30-a qədər işləyir. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi də bu müddətə qədər marşrut avtobuslarını qəbul edib yola salır. Məhdudiyyət yalnız ekspress avtobus xətlərindədir. Həmin marşrut xətləri səhər 07:00-dan axşam 20:00-a qədər fəaliyyət göstərir. Digər marşrut xətlərinin hərəkət qrafikin heç bir dəyişiklik yoxdur. Həmin marşrutların fəaliyyəti sərnişin axınına uyğun olaraq tənzimlənir".