...

Bakının bu küçələrində işıq olmayacaq

Cəmiyyət Materials 21 Aprel 2020 09:39 (UTC +04:00)
Bakının bu küçələrində işıq olmayacaq

Bakı. Trend:

Bakının bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC-dən Trend-ə bildirilib.

Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonu xidməti ərazisində yerləşən 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri ilə əlaqədar olaraq Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin bəzi ərazilərində 21.04.2020-ci il tarixində saat 10.30-dan 12.00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti