...

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Cəmiyyət Materials 22 Aprel 2020 22:49 (UTC +04:00)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Bakı. Trend:

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlanıb.

Trend Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aprelin 22-nə olan statistik göstəricilərinə istinadən xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 457 test edildiyi bildirilib.

Ümumilikdə ölkə ərazisində indiyə qədər 108 221 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 42 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 907 nəfər müalicə olunaraq sağalıb 20 nəfər vəfat edib, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti