Telman Aytayev: Bir çox xəstəliklərin insanlar üçün öldürücü təsirinin aradan qaldırılması məhz peyvəndlər sayəsində mümkün olub

Telman Aytayev: Bir çox xəstəliklərin insanlar üçün öldürücü təsirinin aradan qaldırılması məhz peyvəndlər sayəsində mümkün olub

Bakı. Trend:

Hazırda bütün dünyanı görünməmiş sürətlə cənginə alan yeni koronavirus COVİD-19 infeksiyası ölkəmizdə də yayılmaqdadır. İnfeksiyaya yoluxmanın sayını azaltmaq məqsədilə dövlətimiz tərəfindən vaxtında həyata keçirilən zəruri tədbirlər nəticəsində xəstəliyin geniş yayılmasının qarşısı alınıb, belə ki, infeksiyaya yoluxanların sayı azalıb, sağalanların sayı artmaqdadır. Bəs virusdan necə qorunmalı, xəstəliyin qarşısını necə almalı, bu infeksiyanın törətdiyi xəstəliyə qarşı peyvənd mövcuddurmu və peyvəndlər vasitəsilə bu cür xəstəliklərin qarşısını almaq olarmı?

Mövzunun aktuallığını nəzərə alaraq və izləyiciləri maraqlandıran bu və digər sualları müsahibimiz - Mərkəzi Gömrük Hospitalının Neonatologiya və reanimasiya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Dr.Telman Aytayevə ünvanladıq.

Trend müsahibəni təqdim edir:

- Doktor, son günlərdə önəminə diqqət çəkilən peyvəndlər insan həyatında nə qədər əhəmiyyətlidir?

- Mən söhbətimizə Amerikada ömrünün bir hissəsini peyvəndlərin tapılmasına həsr etmiş alim, peyvəndlərin “xaç atası” adı ilə məşhurlaşan doktor Stenli Plotkinin sözləri ilə başlamaq istərdim. O, peyvəndlərin əhəmiyyətindən danışanda qeyd edirdi ki, “insanların ölümünün qarşısını almaqdan ötrü peyvəndlərin tapılması heç bir tibbi prosedurdan az əhəmiyyətli deyil”. Yəni, hazırda mövcud olan bütün modern sistemlər: əməliyyatlar, xəstəxanalar, xərçənglə bağlı müalicə prosedurlarınınn heç biri insan ölümünə bu cür pozitiv təsir göstərməmişdir. Belə ki, tuberkulyoz, poliomielit, difteriya, quduzluq və günümüzdə olan ən böyük problemlərdən olan qrip kimi xəstəliklərin hamısına peyvəndin minimum təsiri 80%-dir. Bir çox xəstəliklərin insanlar üçün öldürücü təsirinin aradan qaldırılması, tamamilə yox olması məhz peyvəndlər sayəsində mümkün olmuşdur.

Qeyd etmək istərdim ki, tibbi prosedurlar 2 cürdür: xəstələnəndən sonra müalicəvi prosedurlar və qoruyucu prosedurlar, yəni xəstəlik olmadan o mikrobun öldürülmüş parçalarını bədənə yeritməklə infeksiyaya qarşı immunitet yaratmaq və həmin xəstəliyin mikrobu ilə qarşılaşdığımız zaman o xəstəliyi keçirməmək, təsirini üstümüzdə görməməkdir.

- COVİD-19 pandemiaysı zamanı təqvim peyvəndləri uşaqlara vurulmalıdırmı?

-Əlbəttə vurulmalıdır. Elə bu günlərdə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır. Əmrdə 2020-ci ilin aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili nəzərdə tutulub.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb. Bir həkim kimi mən bunu alqışlayıram və ümid edirəm ki, vaksinasiyadan kənarda bir uşaq belə qalmayacaq. Sağlam gələcəyimiz, uşaqlarımızın sağlam böyüməsi üçün bu, çox vacib və təxirəsalınmaz addımlardan biridir.

-İnsanlarda peyvəndlərə qarşı antipatiya var. Bu nə dərəcədə doğrudur? Qızılcaya qarşı peyvənd həqiqətən otizm yaradırmı?

-Peyvəndin yan təsiri olduğuna inanmaq - günümüzdə təzə problem deyil. Hələ 1900-cü illərin əvvəllərində elə qurumlar, təşkilatlar olub ki, onlar peyvəndlərə qarşı güclü təbliğat aparıblar.

Ötən əsrdə vaksinlər on milyonlarla insanın həyatını xilas edib. Amma bu gün bir çox ölkələrin ekspertləri vaksinasiyadan imtina meylini müşahidə edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vəziyyətdən o qədər narahatdır ki, bu problemi 2019-cu ildə dünya səhiyyəsinə 10 ciddi təhlükə siyahısına almışdır.

İndi də koronavirus pandemiyasından əvvəl bəlli qurumlar tərəfindən ciddi kampaniyalar yaradıldı, peyvəndlərin vurulmamasına görə çoxlu pullar ayrıldı. İnsanların peyvəndlərdən qorxma səbəbləri kimi: otizm yarada bilər, uşaq ağıldan geri qala bilər, inkişafında problem yarana bilər, bədənində şok yarada bilər, hətta dini inanclara görə peyvəndin sonsuzluq yarada biləcəyini düşünənlər var. Bunu ciddi şəkildə təbliğ edən böyük qurumlar mövcuddur. Lakin bütün bu mülahizələrin heç bir elmi qaynağı, elmi əsası yoxdur, heç sübutu da yoxdur. Peyvənd indi bütün dünyada tətbiq edilir, belə ki, faydası dəqiqləşdirildikdən sonra qəbul olunub. İnsanlar mütləq Ümümdünya Səhiyyə Təşkilatı, dünya ölkələrinin səhiyyə nazirlikləri kimi daha ciddi qurumların dediklərinə riayət etməlidirlər. Qızılca peyvəndi zamanı otizm yaranması barədə bir həkim nüfuzlu“Lanset” jurnalında məlumat yayımlamışdı, sonra aşkar oldu ki, otizmlə peyvənd arasında heç bir əlaqə yoxdur. Həmin həkim haqqında hökm çıxarıldı, diplomu əlindən alındı, jurnal isə öz yazdığını təkzib etdi.

- Qripə qarşı peyvənd məcburi peyvənd deyil. Onun əhəmiyyətindən nə deyə bilərsiniz?

-Bəli, qripə qarşı peyvənd bir çox ölkələrdə məcburi deyil. Qrip dedikdə, İnfluenza A, H1N1- donuz qripi, ispan qripi və s. nəzərdə tutulur. Məsələn, ispan qripi 50 milyon insanın ölümünə səbəb olan bir qripdir. İnkişaf etmiş ölkələrin çoxunda qripə qarşı olan bu peyvənd tamamilə ödənişsizdir. Çünki, bu peyvənd çox önəmlidir, xüsusilə də, 6 ayla 5 yaş arasında olan uşaqlara, hamilə qadınlara, yaşlı insanlara, xroniki xəstəlikləri olan insanlara tövsiyə olunur. Hər il 300 mindən 650 minə qədər insanın ölümünə səbəb bu qripdir. Qripə yoluxmuş insanlarda bu peyvənd ölüm riskini 60-80% azaltdığı üçün biz bu peyvəndlərin vurulmasını məsləhət görürük.

- Azərbaycan səhiyyə proqramında peyvənd təqvimi yetərlidirmi?

- Bəli, əslində yetərlidir. Sadəcə bizdə bəzi peyvəndlər var ki, bu təqvimə daxil deyil. Məsələn,su çiçəyi bəzən problem yarada bilər, məsələn, hamilə qadınlarda. Bu səbəbdən Azərbaycan səhiyyə proqramında peyvənd şkalası əlavə olunması məsləhətdir. Hepatit A 2 yaşından sonra artıq bir sıra ölkələrdə rutinləşib, - o peyvəndin də bizim şkalaya əlavə olunması yaxşı fikir ola bilər. Dünyanın 93-94 ölkəsində artıq rutinləşmiş və hər il 250 min uşağın ölümünə səbəb olan Rotavirus infeksiyasını götürək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, 2007-2025-cillər arasında dünyada 716 mln. 6 aylıq uşaqlara peyvənd edilərsə, infeksiyaya yoluxmuş 2,4 mln. uşaq ölümdən qurtulacaq, 93 mln. xəstəxanada müalicə alacaq, 500 milyon dollar tibbi qazanc əldə ediləcək.

Bizim şkalamıza gəldikdə, bu infeksiyaya qarşı peyvənd rutin deyil, ona görə də, daxil olması yaxşı fikir ola bilər. Meninqokok D peyvəndi artıq Avropa ölkələrində rutinləşib. Nadir olmasına baxmayaraq, Avropanın bir sıra ölkələrində rutinləşdi, ölkəmizdə səhiyyə şkalasına daxil olması planlaşdırıla bilər.

- İnsanlar peyvəndlərin yan təsirindən necə qorunmalıdırlar?

-Bütün tibbi prosedurların yan təsirləri ola bilər. Məsələn, antibiotik qəbul etmək məcburiyyətində qaldıqda da bunun yan təsiri ola bilər, ağrıkəsici qəbul etdikdə, peyvənddə də təbii ki, yabançı maddənin bədənə yeridilməsi ilə bağlı yan təsir ola bilər. Milyonda bir yan təsiri böyüdüb peyvənddən qaçmağımız daha böyük risklər yarada bilər. Ən çox rastlaşdığımız təsir 10 nəfərdən 2-3-də qızdırma və ya peyvənd yerində qızartı ola bilər. Çox nadir hallarda – milyonda bir halda peyvənd anafilaktik şok yarada bilər. Hər hansı bir qidanı qəbul etdikdə, və ya dərmanı qəbul etdikdə də bu yan təsirlər ola bilər. Həkimlik təcrübəmdə anafilaktik şokla qarşılaşmamışam. Peyvəndlərdən sonra uşaqlarda qızdırma və peyvənd yerlərində qızartılar olur və bu, 2-3 günə keçib gedir, əvəzində həmin uşaqlar artıq peyvəndlənmiş olur.

- Hansı hallarda peyvəndlər vurulmamalıdır?

-Bu sual bir çox valideynləri narahat edir. Valideynlərin peyvən vurdurmamaq səbəbləri daha çox bunlardır: “Uşağım balacadır, erkən doğulub və ya burnu axır, yaxud qızdırması var - ona peyvənd vurdurmaq olarmı?” Bütün uşaqlar yaşına görə uyğun şkala üzrə peyvənd olunmalıdır.

Bir çox valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul etdikləri üçün peyvənddən imtina edir.

Ancaq uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Bəzi valideynlər gərəksiz səbəblərdən uşaqları peyvənddən qaçırır və həmin uşaqlar peyvənddən qalmış olurlar. Məsələn, erkən doğulmuş uşaqlar 2 kiloqramı keçdikdən sonra peyvənd olunmalıdır. Bəzi xəstəliklərdə, məsələn, allergiya, ürək xəstəliyi, xroniki ağciyər xəstəliyinin olması - bunların heç birində peyvənd əks göstəriş deyil. Ən çox rast gəlinən anadangəlmə immun çatışmazlığı xəstəliyi varsa, düzdür, bu xəstəliyə çox nadir hallarda rast gəlinir, amma bu vəziyyətdə də peyvəndlərə xüsusi diqqət yetirilməlidir.

Bəzən uşaqlarda çox zəif bir qrip müşahidə olunursa, bu da əks göstəriş deyil, qızdırması varsa, 1-2 gün gözlənməli, sonra peyvənd olunmalıdır. Peyvəndlərin vurulmasının yaz və ya yay mövsümündən asılı olması fikri də düzgün deyil. Peyvəndlərin vurulması bütün uşaqlara vacibdir. Heç bir peyvəndi saxlamağa ehtiyac yoxdur. Hazırda Azərbaycanda uşaqlara 11 adda infeksiyaya qarşı peyvənd vurulur.

- Bəs digər ölkələrdə peyvəndlərin edilməsi təcrübəsi nə deyir?

- Çox müsbət haldır ki, artıq bir çox ölkələrdə peyvənd məcburi hala gəlib. Məsələn, nümunə olaraq Türkiyəni misal çəkmək istərdim. Burada hər hansı uşaq peyvənd olunmadıqda onun valideynləri məsuliyyətə cəlb olunur. Almaniyada uşaqlar peyvənd olunmazsa, məktəbə, bağçaya gedə bilməz. Həmin uşaqlar toplumdan təcrid olunmuş sayılır. Bu ölkələrdə peyvəndsiz bir insan xəstəxanaya gələrkən, o xəstə təcrid olunmuş məcburiyyətində qalır. Düşünürəm ki, COVİD-19 pandemiyasından sonra peyvənd olunmaq məsələsi çox ciddiləşəcək. Peyvənd olunmamış insanlar bəzi ölkələrə gedib-gələ bilməyəcək. Məsələn, bildiyimə görə, daimi və ya müvəqqəti yaşamaq üçün Amerikaya gedən insanlar yalnız peyvənd olunduqdan sonra gedə bilirlər. İnsanların sistemdə peyvənd qeydiyyatı olacaq. Bu həm onların sağlamlığı, həm bütün insanların sağlamlığı üçün çox önəmlidir. Məsələn, qripə qarşı peyvənd ayrı-ayrı insanları 60% qoruyursa, hamının peyvənd olunması hər kəsi 100% bu xəstəlikdən qoruyacaq. Bu səbəbdən hər kəsin peyvənd olunması bütün xalqı bu xəstəlikdən qoruyacaq.

Misal üçün, bir vaxtlar çox yayılmış çiçək xəstəliyi – hamı peyvəndləndi və hazırda bu xəstəlik dünyada yoxdur. Hər il dünyada 100 mindən çox insan difteriyadan dünyasını dəyişirdi. Peyvənd sayəsində difteriya xəstəliyi hazırda demək olar ki, yox dərəcəsindədir. Yalnız Afrikada 2-3 ölkədə qalıb. Bu siyahını yenə də artırmaq olar, belə ki, yüzlərlə xəstəliyin qarşısını peyvəndlərlə almaq mümkündür. Elə bir neçə onillik əvvəl milyonlarla insan poliomielitin qurbanı olmuşdu - bu xəstəliyə tutulanlar ya dünyasını dəyişirdi, ya da ən yaxşı halda iflic olurdu. İndi vaksinlərin köməyi ilə bu xəstəlik tamamilə yox olub.

Sonda valideynlərə bir daha uşaqlarını peyvənd etdirməkdən çəkinməmələrini tövsiyə edirəm. Övladlarını infeksoin xəstəliklərə qurban verməsinlər, bunun üçün çox az şey - vaxtında peyvənd etdirmək tələb olunur. Bununla, sağlam nəslin böyüməsinə kömək etmiş olarsınız.

Sonda bir məlumatı da nəzərinizə çatdırım ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünya üzrə son bir neçə ildə tövsiyə olunan vaksinləri qəbul edən uşaqların sayı artmışdır və hazırda 85% təşkill edir. Təşkilatın ekspertlərinin fikrincə, peyvəndlər hər il ölümdən 2 milyondan 3 milyona qədər uşağı xilas edir.

BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Sahibkarlara 60 milyon manatdan çox güzəştli kredit verilib - Mikayıl Cabbarov
Sahibkarlara 60 milyon manatdan çox güzəştli kredit verilib - Mikayıl Cabbarov
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır
Türkiyədə son sutkada koronavirusdan 27 352 nəfər sağalıb
Sabirabadda birmərtəbəli ev yanıb
Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Şerif" ilk dəfə məğlub oldu (ƏLAVƏ OLUNUB)
Türkiyə parlamenti Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiyanın mandatını uzadıb
Azərbaycan XİN Zəngilanın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Zəfər xronikası 20 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu açıqlayıb (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr
Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)
ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxs saxlanıldı
Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikanın Kralına təqdim edib
Həkimlər Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər
Ermənistana təhvil verilən erməni hərbçilərin adları məlum oldu
Macarıstanla qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Qarabağın dark turizm potensialı: erməni barbarlığını dünya daha yaxından görəcək
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
İranın Astara gömrüyü üzərindən tranziti azalmayıb, əksinə, 300 faiz artıb - İranlı rəsmi
Energetika naziri 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib
BVF 2021-ci ildə Azərbaycanda ÜDM-nin 20 faizdən çox artımını proqnozlaşdırır
Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Qəlb gözü” layihəsi reallaşdırılıb (FOTO)
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 45 faizdən çox artıb
Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb
Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib (VİDEO)
Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytardı
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq (MÜSAHİBƏ)
Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub (FOTO/VİDEO)
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib
Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)
Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək
Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq (FOTO)
Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA
Bakıda anası tərəfindən dayəyə verilən azyaşlı sığınacağa yerləşdirilib
Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“PAŞA Bank”dan 250 000 AZN-dək girovsuz biznes kreditlərini banka gəlmədən onlayn əldə edin!
Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib
Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir
Oktyabrın 20-nə USD/AZN rəsmi məzənnəsi
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?
Qanunsuz balıq ovlayanlar saxlanılıb
Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub - Vüqar Rəhimzadə
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda koronavirusa görə bağça bağlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
AccessBank tender elan edir
Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib
Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir
TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Anlaşma Memorandumu təsdiqləndi
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
BMT rəsmisi aclıqla mübarizə üçün İlon Maskdan 6 milyard dollar istədi
Hirkan Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirilib (FOTO)
Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanıldı (FOTO/VİDEO)
Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına start verilir
İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib
Ata Abdullayev məhkəmədə ağladı
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Vəzifəli şəxslərdən pul tələb edənlərin işi məhkəməyə göndərildi
Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxub
Qanunsuz işləyən baytarlıq aptekinin rəhbəri məsuliyyətə cəlb olunub
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)
Gədəbəy və Şamaxıya dolu yağıb - Faktiki hava
Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir
Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib
Azərbaycan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni imkanları da nəzərdən keçirir - Nazir
Meyxanaçı Cavid Sumqayıtlının siyasi qafiyələrə görə həbs olunması ilə bağlı iddialar yalandır - DİN
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA
“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır (FOTO/VİDEO)
Distant təhsil problemin həlli yolu ola bilməz - Naqif Həmzəyev
Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Nazir
Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur
Sabahdan Bakıda bal yarmarkası başlayır
Müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi üzrə tədbirlər davam edir
Azərbaycan və Slovakiya XİN rəhbərləri mətbuat konfransı keçirib (FOTO/VİDEO)
Azərbaycanın İrandan Rusiyaya ixraca mane olduğu barədə məlumatlar doğru deyil - DGK
Bütün xəbərlər