...

Bakıda karantin qaydalarını pozan bərbər salonu aşkarlandı (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 Aprel 2020 15:42 (UTC +04:00)
Bakıda karantin qaydalarını pozan bərbər salonu aşkarlandı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı onun sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada cəzalandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti