...

Azərbaycanda daha 300 məhkum azadlığa buraxıla bilər

Cəmiyyət Materials 1 May 2020 16:50 (UTC +04:00)
Azərbaycanda daha 300 məhkum azadlığa buraxıla bilər

Bakı. Elçin Mehdiyev – Trend:

May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda bu günə qədər 68 əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul edilib. Bunlar kifayət qədər insana şamil olunub.

Komitə sədri vurğulayıb ki, koronavirusla əlaqədar ölkə başçısı tərəfindən son əfv sərəncamı da kifayət qədər insanı əhatə etdi: “May ayı ərzində də cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti