...

“Həkimlərimizi tanıyın!”: Kardioloq Nəsimi Cabbarov

Cəmiyyət Materials 6 May 2020 10:22 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!”: Kardioloq Nəsimi Cabbarov

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə insana sağlam ürək bəxş edən yüksəkixtisaslı həkim-kardioloq Nəsimi Cabbarovu təqdim edirik.

Dr. Nəsimi Cabbarov Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudovun komandasında anadangəlmə ürək qüsurlarının diaqnostika və müalicəsində yüksək peşəkarlıqla fəaliyyət göstərir. Eyni zamanda Fetal Exokardioqrafiya, EKQ, Holter EKQ, Transtorasik Doppler Exokardioqrafiya, Transezofaqial Exokardioqrafiya və pediatrik invaziv prosedurları həyata keçirir.

Dr.Nəsimi Cabbarov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 6 saylı Klinik Uşaq Xəstəxanasında internatura təhsili almışdır. Dr.Nəsimi Cabbarov 2006-2011-ci illərdə müxtəlif dövlət tibb müəssisələrində revmokardioloq, pediatr işləmiş, 2011-2015-ci illərdə Türkiyə Cümhuriyyəti Kocaeli Universiteti Uşaq kardiologiyası şöbəsində və Türkiyənin digər ürək damar mərkəzlərində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursunda iştirak etmişdir.

Dr.Nəsimi Cabbarov 2015-2018-ci illərdə dövlət tibb müəssisəsində həkim-kardioloq işləmiş və 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim kardioloq kimi fəaliyyət göstərir. Dr.Nəsimi Cabbarov daim öz üzərində çalışır, müntəzəm olaraq xarici ölkələrdə təşkil olunan beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir.

O, 2014-cü ildə Türkiyə Cümhuriyyəti İstanbul Mehmet Akif Ersoy Göğüs və Kalp Damar cərrahiyyəsi Eğitim Araşdırma Xəstəxanasının uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursu və 2015-ci ildə Acıbadem Universiteti Atakent xəstəxanasının Uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursu keçmişdir.

2018-ci və 2019-cu illərdə Türkiyənin İstanbul şəhərində keçirilən XVII və XVIII Beynəlxalq Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi konfransında iştirak etmişdir. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardiologiya Dərnəyinin, Türkiyə Pediatrik Kardioloji və Ürək Cərrahiyyəsi Dərnəyinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nesimi-cabbarov/. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404 08 08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti