...

Bu il IX sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək

Cəmiyyət Materials 7 May 2020 17:25 (UTC +04:00)
Bu il IX sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il IX sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

O, həmçinin qeyd edib ki, pandemiya ilə əlaqədar 15 növ imtahan təxirə salınıb. Bu imtahanda 108 min insan iştirak etməlidi idi. Onların arasında ən kütləvi olanı buraxılış imtahanı olub:

"Bu imtahanlar ikimərhələli keçirməli idi. Martın əvvəlində birinci imtahanı 3 region üzrə keçirmişdik. İyunda ikinci mərhələni keçirməli idik. Bu il qiymətləndirmə qalan 80 min şagird üçün 2-ci mərhələnin modeli əsasında aparılacaq. Birinci mərhələdə iştirak edən 40 min şagirdin nəticələri 70 deyil, 100 ballıq şkala üzrə hesablanacaq".

M.Abbaszadə qeyd edib ki, martda birinci mərhələdə iştirak edən 40 min nəfər iyunda keçiriləcək buraxılış imtahanında iştirak etməyəcəklər. İyunda qalan 80 min şagird üçün regionlarda imtahanlar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti