...

Karantin dövründə ağackəsmə halları azalıb

Cəmiyyət Materials 21 May 2020 16:22 (UTC +04:00)
Karantin dövründə ağackəsmə halları azalıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Əvvəlki vaxtlarla müqayisədə ölkədə karantin dövründə ağackəsmə halları azalıb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bu zaman ərzində ölkədə ağackəsmə ilə bağlı 3 qanun pozuntusu aşkarlanıb: “Karantin rejimi dövründə 3 ağackəsmə faktı qeydə alınıb. Bu hadisələrlə bağlı nazirlik olaraq hüquq-mühafizə orqanlarına məlumat vermişik. Misal üçün, onlardan biri - Lerik sakini 3 saatlıq sms icazəsi alıb və mağazaya getmək adı ilə yaşadığı ünvandan 10 kilometr aralıda yerləşən meşəyə gedib, orada ağac kəsməyə cəhd göstərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti