Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin sürətlənməsində sahibkarlardan gözləntilər çoxdur

Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin sürətlənməsində 
sahibkarlardan gözləntilər çoxdur

Bakı. Trend:

Məşğulluğun qorunması ilə yanaşı, xüsusən də əmək müqavilələrində artım tempinin hətta pandemiya dövründə də davam etməsi və bu artımın böyük əksəriyyətinin özəl sektora aid olması pozitiv sosial-iqtisadi məqamlardan biri oldu. Bu, eyni zamanda, ölkədə qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin sürətlənməsində sahibkarların əhəmiyyətli rolunu göstərir və ona görə də bu sahədə onlardan gözləntilər çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) nümayəndələri ilə birgə keçirilən vebinarda bildirib.
“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov aparılan sosial islahatların Palata tərəfindən maraqla izlənildiyini deyib. O, belə görüşlərin nazirlik və özəl sektor arasında əmək bazarına dair islahatlara dair fikir və məlumat mübadilələri aparmağa əlverişli imkan yaratdığını bildirib.

S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri olaraq sahibkarlığın inkişafını dövlət bütün istiqamətlər üzrə ardıcıl olaraq dəstəkləyir. Bunun müsbət nəticəsi kimi, milli iqtisadiyyatda özəl sektorun rolu getdikcə artır.

Pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək tədbirlərini qeyd edən S.Babayev ümumilikdə 4,8 milyon insanın və ya əhalinin 48 faizə qədər hissəsinin bu tədbirlərlə əhatə olunduğunu, sahibkarların da dövlətin dəstəyi ilə təmin olunduqlarını bildirib.

O qeyd edib ki, eyni zamanda, bu dövrdə məşğulluğun qorunmasında, eləcə də həssas qruplarla bağlı sosial aksiyalarda sahibkarların yaxından iştirakı, dövlət siyasətinə dəstək vermələri, sosial məsuliyyət mövqeyindən həmrəylik nümayiş etdirmələri ilə bağlı ölkəmizdə uğurlu bir təcrübə formalaşdı. Məhz həmin mövqedən sahibkarlar, o cümlədən “AmCham Azərbaycan”da təmsil olunan şirkətlər qeyri-formal məşğulluğun qarşısının alınması, kölgə iqtisadiyyatının daha da azaldılması proseslərində qarşıdakı dövrdə daha fəal şəkildə öz töhfələrini verə bilərlər.

Qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərindən bəhs edən S.Babayev bildirib ki, bu sahədə məsuliyyət tədbirlərinin görülməsi ilə yanaşı, formal məşğulluğa keçidi stimullaşdıran təsirli mexanizmlər də tətbiq olunur. Minimum əmək haqqının artırılması, bir sıra vergi güzəştləri, vergi prosedurlarının sadələşdirilməsi, pandemiya dövründə sahibkarların dəstəklənməsi, eləcə də bu günlərdə daha bir sosial-iqtisadi dəstək kimi, məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin endirilməsi və s. bunun əyani nümunələridir.

Nazir “Əmək müqaviləsi bildirişi” altsisteminin funksional imkanlarının artırıldığını, altsistemdə işəgötürənlər üçün vacib məlumatların, xəbərdarlıqların yerləşdirildiyini qeyd edib. O, “Məşğulluq” altsisteminin işəgötürənlər üçün əhəmiyyətini diqqətə çatdırıb, “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin də işçi qüvvəsinə olan tələbatlarının ödənilməsi üçün bu innovativ imkanlardan maksimum yararlanmalarını tövsiyə edib.
Əmək, məşğulluq sahəsində aparılan islahatları diqqətə çatdıran S.Babayev bildirib ki, islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığa xüsusi önəm verilir və bu amil ümumən əmək bazarının inkişafında hədəflərə nail olunması üçün vacibdir.
Görüşdə əmək bazarında ortaya çıxan yeni məsələlər, əmək münasibətlərində yaranan yeni forma və yanaşmalarla bağlı olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi üçün aparılan işlər, Əmək Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər barədə də Palata üzvlərinə məlumat verilib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger pandemiyaya qarşı mübarizə aparılması, əhalinin sağlamlığının mühafizəsi sahəsində Azərbaycanda aparılan işlərin, pandemiya dövründə iqtisadiyyata və sosial rifaha dəstək tədbirlərinin təqdirəlayiq olduğunu bildirib. O, ölkəmizdə dövlət tərəfindən sahibkarlığın dəstəklənməsini, həmçinin əmək və məşğulluq sahəsində aparılan islahatlarda sahibkarlarla əməkdaşlığa, sosial dialoqa önəm verilməsini də müsbət dəyərləndirib.

Palatanın nümayəndələri belə görüşlərin əhəmiyyətini vurğulayıblar. Görüş əmək və məşğulluq sahəsində islahatlara, əmək qanunvericiliyinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi ilə davam edib, rəy və təkliflər ifadə olunub. Nazir Palata üzvlərinin suallarını cavablandırıb.

1996-cı ildə yaradılan “AmCham Azərbaycan” Azərbaycanda fəaliyyət göstərən, xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Qurum Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən 250-dən çox üzv şirkəti özündə birləşdirir və ölkəmizdə bütün xarici investisiyaların təxminən 80%-ni, yerli investisiyaların mühüm qismini təmsil edir.

PAŞA Bankın dəstəyi ilə “İxracını tamamla” adlı onlayn seminar keçiriləcək
PAŞA Bankın dəstəyi ilə “İxracını tamamla” adlı onlayn seminar keçiriləcək
Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib
Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib
Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur (FOTO)
Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur (FOTO)
Loading Bars
Xəbər lenti
BQXK mülki şəxslərin təhlükəsizliyinə görə narahatdır və neytral vasitəçi qismində çıxış etməyə hazırdır
Ermənilər Qazax istiqamətində artilleriyadan atəş açıblar
“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edildi
Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib
Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib
Bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişin daşıyan sürücülər həbs edildi (FOTO)
"FlyDubai" aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlara başladı
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və artilleriya qurğusu döyüş heyəti məhv edilib
Pakistan mətbuatı: Azərbaycana qarşı təxribatçı hərəkətlərə görə Ermənistan tam məsuliyyət daşıyır (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Ermənilər yaşayış evlərini atəşə tutmaqda davam edir (FOTO)
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlandı - RƏSMİ
Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı (VİDEO)
Moldova Ermənistan və Azərbaycanı güc tətbiq etməməyə çağırıb
Xalq Bankdan VİSA kartları 50% endirimlə!
Ölkəmizdə qida təhlükəsizliyi sahəsində infrastruktur əsaslı şəkildə inkişaf etdirilib (FOTO)
Deputat: Ağılsız Ermənistan hakimiyyəti anlamadı ki, güclü Azərbaycan Ordusuna qarşı təxribat onu daha da çətin duruma salacaq
Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələndi (FOTO)
İƏT PA Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb (FOTO/VİDEO)
Gəncə gəncləri: Ali Baş Komandan, əmrinizə hər an hazırıq!
Bakıda ilin 6 ayı ərzində 584 kilometrlik yeni qaz kəmərləri çəkilib
Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü
Azərbaycan aviatorları yenidən donor qanvermə aksiyasında iştirak edirlər (FOTO)
Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir
Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib
XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir
Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır
Müdafiə Nazirliyi: Cəbhə bölgəsində əsgər və əhalinin əhval-ruhiyyəsi yüksəkdir
Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır (YENİLƏNİB) (VİDEO)
Bəzi rayonlarda leysan yağıb, çaylardan sel keçib
İtaliya dövlət katibi: BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri yerinə yetirilməlidir
İranda koronavirusa yoluxanların sayı 260 min nəfəri keçib
KTMT Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb
Sabah yağış, bəzi yerlərdə isə leysan gözlənilir
Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub
General-mayor və polkovnik şəhid olub - RƏSMİ
Nazir müavini: Hazırda döyüşlər davam edir, düşmənin canlı qüvvəsi və texnikası məhv edilir (YENİLƏNİB)
Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə olub
Müdafiə Nazirliyi: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib (VİDEO)
Ermənilər Tovuzun kəndlərini atəşə tutdu, kənd sakini həlak oldu
Pakistan XİN: Ermənistan təxribatçı hərəkətlərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısını almağa çalışır
Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb (FOTO)
Pandemiyanın Azərbaycanda turizmə təsiri - 2 dəfədən çox azalma olub
Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir
Milli Məclisin sədri ermənilərin Tovuz istiqamətindəki təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladı
Prokurorluq Naftalanda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı açıqlama yayıb
Yollarda motosiklet qəzaları niyə artır?
İran zəfəran istehsalını artırıb
Qubada karantin rejimini pozub futbol oynayanlar cərimələndi (FOTO)
Saray qəsəbəsinin mərkəzi yolu təmir edilib (FOTO)
UNEC-in Zaqatala filialında konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” (FOTO)
PAŞA Bankın dəstəyi ilə “İxracını tamamla” adlı onlayn seminar keçiriləcək
AQTA 229 müəssisədə reyd keçirib, 81 müəssisədə pozuntu aşkarlanıb (FOTO)
Ermənistan yenidən Dondar Quşçu kəndində yaşayış evlərini atəşə tutub (ƏLAVƏ OLUNUB) (FOTO)
385 avtomobilin postlardan icazəsiz keçmək cəhdinin qarşısı alınıb - DYP
Hikmət Hacıyev: Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir (VİDEO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 581-ə çatıb
Əmək qanunvericiliyi ilə bağlı 352 hüquq pozuntusu aşkarlanıb
Karantin rejimini pozan şəxslərdən narkotik aşkar edildi (FOTO)
Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər - DİM
Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı
İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək
Bakıda "Hyundai" "KamAz"a çırpıldı, bir ailə xəstəxanaya yerləşdirildi
Bakıda 2 yaşlı uşaq evin balkonundan yıxılıb öldü
Leysan Quba-Xınalıq avtomobil yolunu dağıdıb, hərəkət çətinləşib (FOTO/VİDEO)
ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır
Azərbaycanda pandemiya dövründə bu sahələr inkişaf edir, yeni şirkətlər yaranır
Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib
Cavid Osmanov: Ermənistan daxilində ciddi böhrandan diqqəti yayındırmaq üçün sərhəddə təxribat törədir
Ermənistan artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəsi 74 dəfə pozdu
Bakıda axtarışda olan qadın mənzildən oğurluq edib
Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutdu
Dünyada sutka ərzində 190 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
Akademik: Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır
Koronavirusa yoluxan Braziliya prezidenti tezliklə işə qayıtmağı düşünür
ABŞ-ın hərbi gəmisində baş verən yanğında xəsarət alanların sayı 59-a çatıb
Futbol üzrə İspaniya çempionatında "Real" "Qranada"nı məğlub etdi
Braziliyada son sutkada 20 mindən çox koronavirusa yoluxma halı qeyd alınıb
Tramp Dudanı yenidən seçilməsi münasibətilə təbrik etdi
Fuat Oktay: Hər zaman səninləyik Azərbaycan
Hikmət Hacıyev: Hərbi avantyura ilə Ermənistan bu münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə çalışır
Dünyada koronavirusa yoluxanların sayı 13 milyon nəfəri keçib
Azərbaycan-Ermənistan sərhəddində son vəziyyət: Ermənistan atəşkəsi yenə pozur (VİDEO)
XİN: Sərhəddə baş verən təxribatın arxasında duran Ermənistan rəhbərliyi öz nasist xislətini üzə çıxarır
Elmar Məmmədyarov və Cozef Borel arasında telefon danışığı olub
Arzu Nağıyev: Hazırda Azərbaycan Ordusu vəziyyətə nəzarət edir, sakinlər arasında bir qorxu, panika yoxdur (VİDEO)
Hikmət Hacıyev: Azərbaycan şəhidlərinin qanı yerdə qalmayıb və onların qisası layiqincə alınır (VİDEO)
Ukrayna XİN: Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır
Mövlud Çavuşoğlu: Can Azərbaycana canımız fəda (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Əhalisinin 30 faizinin işsiz və hər 3 nəfərindən biri yoxsul olan Ermənistan belə təxribatlarla sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır - Deputat
Ermənilərin atdığı top mərmisi bu evə düşüb (FOTO)
Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib - RƏSMİ (VİDEO)
GUAM Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsinə hücumlarını pisləyir
Cəlilabadda ev yanıb
Balakəndə müxtəlif təyinatlı bir neçə obyekt yanıb
Bütün xəbərlər