...

Bakı sakini 3 kiloqram heroinlə yaxalandı

Cəmiyyət Materials 10 İyun 2020 23:48 (UTC +04:00)

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Z.Zeynalov və V.Cəbrayılov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan – Z.Zeynalov və V.Cəbrayılov Abşeron rayonu ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı Z.Zeynalovdan 3 kiloqram, V.Cəbrayılovdan isə 310 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti