Bakı. İlhamə İsabalyeva - Trend:
Bakı Dövlət Universitetinin tələbələrinə Kapital Bank-ın “Smart tələbə kart”ları təqdim edilib. Bu kartlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BDU-nun təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirilib.
Kapital Bankdan Trend-ə verilən məlumata görə, “Smart tələbə kartı” vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə çox rahat şəkildə əldə edəcəklər.
Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub. Həmçinin müəllimlər üçün də xüsusi kartların hazırlanması üzrə işlər davam edir və təhsil bərpa olunduqdan sonra ilk dəfə təqdimatı baş tutacaq.
Qeyd edək ki, indiyədək UNEC, Bakı Mühəndislik Universiteti və digər başqa peşə məktəblərinin tələbələrinə də smart tələbə kartları təqdim edilib. Gələcəkdə digər ali məktəblərə də analoji kartlar veriləcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.